Baş prokurorun müavini Namiq Əsgərov noyabrın 22-də Beyləqan və Xocavənd rayon sakinlərini qəbul etdi
22 noyabr 2019 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun müavini Namiq Əsgərov noyabrın 22-də Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan və Xocavənd rayon sakinlərinin qəbulunu keçirdi.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərə baxıldı.