Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Beyləqan rayonunda

04 dekabr 2019 | 16:00

    Dekabrın 4-də Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
    Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.                                                                   Öncə qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar.

    Tədbirdə Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.
    Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə nazir müavini Məhəbbət Vəliyeva təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi, rəhbərlik və nəzarət məsələlərindən söz açaraq təhsil sistemində yeni yanaşma metodlarından və  idarəetmənin təkmilləşdirilməsindən danışıb.
     Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib.
     Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb.
     Nazir müavini Məhəbbət Vəliyeva həmçinin Beyləqan şəhəri 1 nömrəli tam orta məktəbdə olub, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub, müəllim-şagird kollektivi ilə görüşüb, dərs prosesini izləyib.
    Məhəbbət Vəliyeva səfər çərçivəsində Beyləqan şəhəri 8 nömrəli tam orta məktəbdə olub. Nazir müavini məktəbin müəllimləri ilə görüşüb, eyni zamanda təhsil ocağında yaradılmış şəraitlə tanış olub və dərs prosesini izləyib. Daha sonra nazir müavini Beyləqan rayonu  I Aşıqlı kənd tam orta məktəbinə də baş çəkib. Müəllim və şagirdlərlə söhbət aparılıb, tədris prosesində interaktiv təlim metodlarından istifadənin vacibliyi və əhəmiyyəti diqqətə çatdırılıb.
     Məktəb rəhbərliyi və müəllimlərlə keçirilən görüşdə məktəbin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələlər diqqətə çatdırılıb və tövsiyələr verilib. Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafı üçün atıla biləcək ən uğurlu addımlar da müzakirə edilib.
Görüşdə iştirakçıların rəyləri dinlənilib, sualları cavablandırılıb.

Keçidlər