Şriftin ölçüsü :

Saytın rəngi :

Müdafiə Nazirliyinin dəstəyi ilə Beyləqan rayonunda “Çingiz dastanı” adlı mənzum tamaşa nümayiş olundu

05 dekabr 2019 | 16:00

      05 dekabr 2019-cu il tarixdə Beyləqan rayon Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə  yaradıcı kollektivi Müdafiə nazirliyinin dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş “Çingiz dastanı” adlı ikihissəli mənzum tamaşa ilə çıxış etdi.
     Tədbirdə polkovnik Abdulla Qurbani unudulmaz, əbədiyaşar, ulu öndər Heydər Əliyevin bu gün də aktual olan kəlamlarını xatırlayıb: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”.
      Natiq qeyd otdi ki,noyabr ayının 26-da Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məsələ barədə də ətraflı söhbət açıb və vətənpərvərlik tərbiyəsi işinin daha da genişləndirilməsi üçün yollar göstərib: “Gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə olunmalıdır. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq”.
      Tamaşa başa çatdıqdan sonra Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov, polkovnik Elşad Əbilov və Aprel döyüşlərinin iştirakçısı “Azərbaycan Bayrağı” ordenli gizir Tahir Misirxanov səhnəyə qalxaraq teatrın kollektivinə minnətdarlıq edib və bu tamaşanın Çingizin xatirəsinə ehtiram əlaməti olmaqla, vətənpərvərlik tərbiyəsi işində də kəskin silah olduğunu bildiriblər.

Keçidlər