Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

12 dekabr 2019 | 16:00

     12 dekabr 2019-cu il tarixdə Beyləqan rayonunda Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
      Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri, veteranlar, gənclər,əsgərlər, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak edib.  Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyulub, Ulu Öndərin əziz və parlaq xatirəsi ehtiramla yad edilib.
   Sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib.Tədbirdə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ümummilli Liderə həsr edilmiş “Dahi Şəxsiyyət”adlı film nümayiş etdirilib.
     Filmin nümayişindən sonra Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin bütün ömrünü doğma vətənimizin iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyinə, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr etdiyini söyləyib. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olduğunu, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyduğunu qeyd edən A.Ağayev bildirib ki, Azərbaycan xalqının qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.
       Digər çıxış edənlər də  ulu öndərin siyasi hakimiyyətdə olduğu illərdə həyata keçirilən quruculuq, abadlıq işlərindən, müstəqil Azərbaycanın qurulması sahəsində göstərdiyi xidmətlərdən danışıblar.Ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs ediblər.

Keçidlər