Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Dünyamalılar kəndində səyyar qəbul-görüş keçirildi.

17 dekabr 2019 | 16:00

        Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 17 dekabr 2019-cu il tarixdə rayonun Dünyamalılar kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir.
      Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
     Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
   Görüşdə Dünyamalılar kənd sakini, mülkiyyətçi Nəcəfov Şahlar Yusif oğlu içməli su təminatının yaxılaşıdırlmasını, mülkiyyətçi Əsgərov Habil Muxtar oğlu Dünyamalılar-Qəhrəmanlı-Bahar avtomobil yolunun təmiri, Sarıyev Etibar Xanhüseyn oğlu subartezian quyusunun qazılmasını, şəhid ailəsi Zeynalova Sevil Həsən qızı mənzil növbəsinə alınmasını, Məmmədova Leyla  Adil qızı fərdi yaşayış evinə gedən yolun cari təmir olunmasını xahiş etdi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları bu və digər məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
     Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
   Dünyamalılar kənd  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər