Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən savaşı zamanı şəhid olmuş Yusifli Böyükağa Elburus oğlunun şəhadətinin dördüncü ildönümü qeyd olunub.

19 oktyabr 2024 | 17:25
Qəhrəman şəhidimiz Yusifli Böyükağa Elburus oğlunun şəhadətinin dördüncü ildönümü ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbərləri və RİH-nin məsul işçiləri ilə birlikdə şəhidin ailəsini Kəbirli kəndində evində ziyarət edib.
 
RİH başçısı şəhidin yaxınlarına baş sağlığı verərək onlara vətənə layiq belə övlad böyütdükləri üçün təşəkkür edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzu hərbi əməliyyatlar zamanı misilsiz rəşadətindən danışan rayon rəhbəri, Böyükağa kimi qəhrəmanlarımızın şücaəti, cəsarəti hesabına Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb.
 
Şəhidin valideynləri qəhrəman şəhidimiz Böyükağanın həyat və döyüş xatirələrini ziyarətçilərlə bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər