Şriftin ölçüsü :

Saytın rəngi :

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsinə həsr olunmuş görüş keçirildi

20 dekabr 2019 | 16:00

     20 dekabr 2019-cu ildə Beyləqan rayon  Heydər Əliyev Mərkəzində keçirilən görüşdə   rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev,Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev , şəhər,kənd və qəsəbə İnzibati Ərazi dairələri üzrə İcra nümayəndələri  sahibkarlar,fermerlər, iştirak etdilər.  Tədbiri giriş sözü ilə açan  rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev qonaqları və tədbir iştirakçılarını salamlayıb rayonda kənd təsərrüfatının inkişafından geniş bəhs etdi.
         Çıxış edən nazir müavini İlham Quliyev qeyd etdi  ki,“İndiyədək pambığa görə fermerlərə yalnız məhsul subsidiyası verilirdi. 2020-ci ildən isə pambığa görə həm əkin, həm məhsul subsidiyası veriləcək. Yəni, fermer hər hektardan orta hesabla 30 sentner məhsul götürərsə, dövlətdən 220 manat əkin subsidiyası, 300 manat isə məhsul subsidiyası alacaq. Pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi bu sahənin inkişafını daha da təmin etmiş olacaq”
      Nazir müavini bildirib ki, gələn ildən aqrar subsidiyaların elektron hökumət üzərindən verilməsi kənd təsərrüfatına dövlət dəstəyinin göstərilməsində şəffaflığı və ünvanlılığı daha da artıracaq.
    Yeniliklərdən ətraflı bəhs edən nazir müavini sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

 

Keçidlər