Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhərində səyyar qəbul-görüş keçirildi.

07 yanvar 2020 | 16:00

      Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 07 yanvar 2020-ci il tarixdə Beyləqan şəhər inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir.
    Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
   Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
  Görüşdə Beyləqan şəhər sakini Tağıyeva Rəksanə Vahid qızı məktəblə müqaviləsinin müddətsiz bağlanmasını, Səfərov Orxan Şamil oğlu istilik sisteminin təmir olunmasını, Qurbanova Güllü Nəsib qızı işlə təmin olunmasını, Abbasquliyev Hüseyn Adışirin oğlu qaz sayğacının məktəbdən kənarda olması və qaz borusunun təmir olunmasını  xahiş etdi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları bu və digər məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
     Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
     Beyləqan şəhər  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər