Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 30-cu ildönümü Beyləqan rayonunda dərin hüznlə qeyd edildi.

20 yanvar 2020 | 16:00

   Yanvarın 20-də Beyləqan şəhərinin 20 Yanvar küçəsindəki “Şəhidlər” abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirildi. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, N saylı hərbi hissənin əsgərləri həzin musiqi sədaları altında abidə kompleksini ziyarət edib, önünə əklil və al qərənfillər qoydular. Şəhidlərin ruhuna dualar oxundu.
   Saat 12.00-da 20 Yanvar şəhidlərinin , eləcə də Azərbaycan torpaqlarının müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, avtomobillərdən səs siqnalları verildi.

Keçidlər