Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Sarı su qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

21 yanvar 2020 | 16:00

      Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 21 yanvar 2020-ci il tarixdə Beyləqan rayon Şərq qəsəbə inzibati ərazi dairəsinin Sarı su qəsəbəsində  yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir.
      Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
      Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
      Görüşdə Sarı su qəsəbə sakini Ağayev Fəxrəddin Şəvahət oğlu qəsəbənin magistral yola birləşdirən avtomobil yolunun əsaslı təmir olunmasını, İmranov Mirsiyab Seyidəli oğlu dren kanalının təmizlənməsini, Ağayev Polad Şəvahət oğlu qəsəbə ərazisinə milliön aparatının qoyulmasını xahiş etdi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları bu və digər məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
      Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
      Sarı su qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər