Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Gəl, ey səhərim!” adlı tarixi konsert gerçəkləşdi

04 fevral 2020 | 16:00

    Dünya şöhrətli müğənni, ictimai xadim,Azərbaycan Respublikasının Rusiyada səfiri,görkəmli bəstəkar,Xalq artisti “İstiqlal” ,“Şərəf “ və “Heydər Əliyev” ordenli Polad Bülbüloğlu anadan olmasının 75 illik yubileyində Olimpiya İdman Kompleksində əsgər və zabitlər,beyləqanlılar və digər bölgələrdən gələn qonaqlar qarşısında “Gəl, ey səhərim!” adlı konsertlə çıxış edib . Konserti 2000-dən artıq tamaşaçı izləyib.
    Əvvəlcə Xalq artistinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinlədiyi mahnıları səslənib. Gecədə Polad Bülbüloğlunun oğlu Murtuza Bülbülün dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin "Rapsodiya"sı təqdim olunub.
   Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Polad Bülbüloğlunu görkəmli bəstəkar və müğənni, məharətli diplomat, Azərbaycanı sonsuz məhəbbətlə sevən vətənpərvər kimi səciyyələndirib, ən xoş arzularını çatdırıblar.
   Tədbirdə Polad Bülbüloğlu Müdafiə nazirinin əmri ilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib. Yubilyara Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Qarabağ xalçası hədiyyə olunub.
   Polad Bülbüloğlu yubiley konsertində iştirak edən bütün iştirakçılara təşəkkürünü bildirib.

Keçidlər