Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 8-ci ildönümü qeyd olunub.

13 fevral 2020 | 16:00

      Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 8-ci ili tamam olur.   Əlamətdar gün münasibətilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb,xatirəsi dərin ehtiramla yad edilib.Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev,hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Əlisafa Məmmədov və şöbənin əməkdaşları iştirak edib.      Dəyirmi masa ətrafında davam edən tədbirdə iştirakçıları giriş nitqi ilə salamlayan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Dövlət xidmətinin rayon şöbəsi əməkdaşlarının timsalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə  Dövlət            Xidmətinin bütün şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib, onlara dövlətə, orduya, xalqa xidmətdə yeni-yeni uğurlar arzulayıb.  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Əlisafa Məmmədov   Dövlət Xidmətinin keçdiyi qısa yoldan və Beyləqan şöbəsinin fəaliyyətindən danışıb.  Bildirib ki, Müstəqil Azərbaycanın bugünkü dinamik inkişafı, dünyada böyük nüfuz və söz sahibi olması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin əticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev böyük qətiyyət və əzmkarlıqla ölkəmizi sabitlik və təhlükəsizlik məkanına çevirib.ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən 8 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti, Ali      Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək hərb quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.  Tədbirin sonunda  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xidmətdə fərqlənən iki əməkdaşına rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı  təqdim olunub.

Keçidlər