Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanlılar “Əsgərə salam” aksiyasına qoşuldular

28 fevral 2020 | 16:00

      Beyləqanlılar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2020-ci il yanvarın 17-də start verdiyi "Əsgərə salam" aksiyasına qoşulublar.
      Aksiyanın məqsədi “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimad və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir.
      Sakinlər rayonun müxtəlif məkanlarından Milli Ordunun əsgərlərinə salam göndərərək, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə həmrəy olduqlarını nümayiş etdiriblər.
    Foto aksiyada nəzərdə tutulduğu kimi  #esgeresalam #dovletqacqinkom  həştəqləri ilə sosial şəbəkə hesablarında paylaşıb.

Keçidlər