Rayonun İmamverdili kəndində səyyar qəbul-görüş keçirildi.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 25 fevral 2020-ci il tarixdə Beyləqan rayon İmamverdili kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə İmamverdili kənd sakini Əliyev Nəbir Cümşüd oğlu drenaj kanalının təmizlənməsini, təqaüdçü Abdullayev Tanrıverdi Cəfərqulu oğlu pay torpaq sahəsinə gələn su arxının lildən təmizlənməsini, şəhid anası Zalova Zəliş Qəzəb qızı İmamverdili kənd tam orta məktəbində şəhidin barelyefinin qoyulmasını xahiş etdi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları bu və digər məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
İmamverdili kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.