Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 28-ci ildönümü Beyləqan rayonundada qeyd olunub

26 fevral 2020 | 16:00

   Fevralın 26-da rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın Dövlət Bayraqları endirilib və rayon ərazisində soyqırım qurbanlarının xatirəsi bir dəqəqəlik sükutla yad edilib.
  Tədbirlər çərçivəsində Soyqırım abidəsi önündə Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
   Mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin rəhbərləri və şəxsi heyəti, idarə, müəssisə, təşkilatların rəhbərləri və əmək kollektivləri, müharibə və əmək veteranları, gənclər, KİV nümayəndələri, minlərlə rayon sakini iştirak edib.
  Meydanda gün boyu matəm musiqisi səsləndirilib. Xocalı soyqırımı qurbanlarının ruhuna fatihə surəsi oxunduqdan sonra Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə gül çələngi qoyaraq Vətən yolunda canından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsini böyük ehtiramla yad edib.
    Tədbir iştirakçıları da şəhidlərin xatirəsini yad edərək abidə kompleksin önünə tər qərənfillər düzüblər.
    Bakı vaxtilə saat 17:00-da isə rayonun bütün ərazisində, idarə, müəssisə və təşkilatlarda 1 dəqiqəlik sükut elan olunaraq, avtomobillərin hərəkəti dayandırılıb, səs siqnalları verilib.


.

Keçidlər