Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda dezinfeksiya işləri davam etdirilir

26 mart 2020 | 16:00

     Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə  respublikamızın  hər bir yerində olduğu kimi Beyləqan rayonunda da  bu virusa qarşı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən operativ qərargahın tapşırıqlarına uyğun olaraq Beyləqan rayonunda həyata keçirilən təxirəsalınmaz tədbirlər sırasında rayon Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən 06.03.2020-ci il tarixə qədər 56 ümumtəhsil məktəbi,1 peşə məktəbi,31 uşaq bağçası,31 çox mənzilli yaşayış evi,9 idarə və müəssisə qabaqlayıcı profilaktik məqsədlə dezinfeksiya olunmuş,müxtəlif yerlərdə, o cümlədən əhalinin intensiv keçdiyi küçələrdə, parklarda, iri ticarət obyektlərinin ətrafında, çoxmərtəbəli yaşayış binalarının həyətlərində və giriş qapılarında, avtobus və taksi dayanacaqlarında sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri davam etdirilir. Bu işlər əhalinin sağlamlığının qorunması və epidemiyaya yoluxmasının qarşısının alınması məqsədi ilə görülür.
   24.03.2020-ci il tarixdən həmin obyektlərin yenidən dezinfeksiya prosesinə başlanılıb. Dezinfeksiya işlərinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

 

 

Keçidlər