Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda dezinfeksiya və maarifləndirmə tədbirləri gücləndirilib.

30 mart 2020 | 16:00

     Beyləqanda  koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Rayonun bütün küçə və prospektlərində,inzibati binalarda dezinfeksiya işlərinə başlanılıb. Səhər saatlarından başlayaraq şəhərin küçə və prospektləri xüsusi ayrılmış texnikalar vasitəsilə dezinfeksiya xassəli vasitələrlə yuyulub. Uşaq bağçalarının binalarının təkrar dezinfeksiyasına başlanılıb.                                                              Aparılan təxirəsalınmaz tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq həyata keçirilir. Profilaktik və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir.
 Bundan əlavə, rayonda yaradılmış operativ qərargah tərəfindən mütəmadi olaraq əhali arasında maarifləndirmə işləri aparılır.

 

Keçidlər