Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə və kimsəsiz yaşlılara yardım edilib.
02 aprel 2020 | 16:00
Beyləqan Rayon İcra Hakimiyyəti rayonda yaşayan aztəminatlı ailələrə, yaşlı, kimsəsiz insanlara xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan insanlar müəyyənləşdirilib və ilkin olaraq 55 nəfər ahıl vətəndaşa və 12 aztəminatlı ailəyə baş çəkilib, onlara ərzaq yardımı göstərilib.
Bu işin davamlı xarakter daşıması nəzərdə tutulub.