Beyləqan rayonunda xüsusi karantin rejiminə nəzarət gücləndirilib.
03 aprel 2020 | 16:00
Beyləqan rayonunda Koronovirus (Covid-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mobil qruplar tərəfindən sakinlərə karantin rejiminin tələbləri izah olunaraq evlərinə getmələri təmin olunur.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarının icrası ilə bağlı koronavirus (COVİD – 19) infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayon ərazisində profilaktik dezinfeksiya işləri davam etdirilir. Gün ərzində şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında, o cümlədən kənd və qəsəbələrdə gündəlik dezinfeksiya işləri aparılır.