Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda ahıl şəxslərə və aztəminatlı ailələrə yardım edilir.

03 aprel 2020 | 16:00

   Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir.
  Tənha yaşayan və yaşı 65-dən yuxarı olan, ahıl şəxslər evlərində sosial məişət xidmətləri ilə təmin edilirlər. Onlara ev təsərrüfatı ilə bağlı işlərdə, təmizlik işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərirlir, ehtiyac duyduqları sosial məişət xidmətləri ilə əhatə olunurlar.
  Hazırda rayonda yaşı 65-dən yuxarı 55 nəfərdən artıq vətəndaşa gündəlik olaraq evlərində sosial xidmət göstərilir.
     Gün ərzində 130 ailəyə (o cümlədən; 65 yaşdan yuxarı, tənha yaşayan 55 nəfər sakinə, 4 şəhid ailəsinə, 71 aztəminatlı ailəyə) baş çəkilmiş və ərzaq yardımı edilmişdir.

Keçidlər