Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon icra hakimiyyəti yerli sakinlərlə yanaşı məcburi köçkün ailələrinə də yardım edib.

13 aprel 2020 | 16:00

    Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Beyləqan rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə qayda olaraq yardımlarını davam etdirir.
   Beyləqan rayon icra hakimiyyətinin əməkdaşları yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı və imtiyazlı 250 ailə ilə yanaşı, ərazidə məskunlaşıb yaşayan məcburi köçkün statuslu imkansız ailələrə də baş çəkərək onlara ərzaq yardımı edib. Eləcə də vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib, onların belə bir şəraitdə evlərində çölə çıxmamaları tövsiyə edilib. Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
   Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları həmçinin, vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar

.

Keçidlər