Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsinin 34-cü ildönümü ərəfəsində Çernobil əlillərinə də yardım edildi.

26 aprel 2020 | 16:00

Çernobıl faciəsindən 34-cü il ötür. 1986-cı il aprelin 26-da Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli enerji blokunun reaktorunda qəza baş verib. Güclü partlayış reaktoru əhatə edən qoruyucu örtüyü dağıdır və yanğına səbəb olur. Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədi ilə stansiyaya dərhal ordu qüvvələri və helikopterlər cəlb olunub. Eyni zamanda SSRİ-nin hər yerindən on minlərlə “könüllü“ də bu əməliyyatlara qoşulur. Qəzanın nəticələrinin aradan qaldırılması işləri 9 gün davam edir və partlayış baş verən 4-cü blokun üzərinə 5 min tondan çox qum, çınqıl tökülür. Qəzalı blok dəmir beton hissələri ilə örtülür. Radioaktiv şüalanma partlayış baş verən anda minlərlə kilometr məsafəyə yayılır. Qəza zonasına yaxın ərazilərdə yaşayan insanlar şüalanmaya məruz qalan ərazidən uzaqlaşdırılır və stansiya ətrafında Pripyat və Çernobıl şəhərlərinin də daxil olduğu 30 kilometrlik radiusda “təcrid zonası” yaradılır. 
   Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatlarına ümumilikdə 650 min insan cəlb edilib. Rəsmi məlumatlara görə, onların 15 mindən artığı bir neçə ildən sonra şüalanma nəticəsində dünyasını dəyişib. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm 95-100 min arasındadır. Xilasetmə işlərində iştirak edən digər insanlar ağır şüalanmaya məruz qalıblar.Partlayışdan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət edib və bu ərazilərin ekoloji vəziyyətinə ciddi təsir göstərib. AES-in partlamış bloklarının təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyatlarda 15 mindən çox azərbaycanlı da iştirak edib ki, onların da böyük əksəriyyəti 1-ci qrup əlildir.
Aldıqları fiziki və mənəvi zərbələrə baxmayaraq, azərbaycanlı “çernobılçılar” uzun müddət diqqətdən kənarda qalmış və qayğı ilə əhatə olunmamışlar. Yalnız ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra “çernobılçı” əlillər diqqət və qayğını hiss etməyə başladılar. 1993-cü ildə qəbul edilmiş "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib.
Bu diqqət hazırda da ölkə rəhbəri tərəfindən də davam etdirilir.Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan şəxslərə Prezident təqaüdü verilir. Çernobıl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə isə ayda sosial müavinət ödənilir.
Beyləqan sakinlərindən 34 nəfər də bu faciədə müxtəlif dərəcəli şüalanmaya məruz qalmışdır.
Beyləqan İcra hakimiyyəti karantin rejiminin tətbiq olunduğu bu çətin günlərdə Çernobil əllillərini də diqqətdən kənarda qoymadı. Onlara ərzaq yardımı edildi. Göstərilən diqqətə və qayğıya görə əlillər və ailə üzvləri ölkə rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

 

 

 

Keçidlər