BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN XANIM ƏLİYEVANIN TƏŞƏBBÜSÜNƏ BEYLƏQAN DA QOŞULDU
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Beyləqan da qoşulub. Belə ki, 29 aprel 2020-ci ildə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası təşkil olunub.
Aksiyada yerli icra strukturları ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları da könüllü iştirak ediblər. Aksiyada 58 nəfərdən qan alınmışdır.
Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Mərkəzi Qan Bankının Şirvan Regional bölməsinin peşəkar həkim kollektivinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaqdır.