Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirdiyi layihə çərçivəsində başlanılmış sosial aksiya Beyləqan rayonunda da davam edir.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirdiyi layihə çərçivəsində başlanılmış sosial aksiya Beyləqan rayonunda da davam edir.
“Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.
Beyləqan Poçt Filialının vasitəsilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 422 nəfərə yardımlar paylanılmışdır.