Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda vətəndaşların videoformatda qəbulu davam edir

20 may 2020 | 16:00

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin rifahının yüksəldilməsi məqsədi daşıyan sərəncam və tapşırıqlarının uğurla həyata keçirlməsi, eləcə də COVİD-19 pandemiyasının yaratdığı müvəqqəti çətinliklərin aradan qaldırılması, vətəndaşları narahat edən məsələlərin dinlənilməsi üçün onlayn qəbullar böyük əhəmiyyət kəsb edir.       
   20 may 2020-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vətəndaşların növbəti onlayn qəbulunu keçirdi. Qəbulda 61 vətəndaş onları narahat edən problemlərlə bağlı müaraciət etdi. Müraciətlər əsasən,torpaq,mənzil, işlə təminat və sair məsələləri əhatə etdi.
   Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verdi, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırdı.

 

 

 

 

Keçidlər