Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı növbəti dəfə virtual qəbul keçirib.

17 iyun 2020 | 16:00

17 iyun 2020-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Qəbul zamanı Şəhər sakini Cəfərova Əntiqə Pəsi qızı kanalizasiya xəttinin çəkilməsi, Xalidə Darış qızı, Muxtarov Yunis Tofiq oğlu və Əliyeva Səmayə Qurbanəli qızının maddi köməkliklə bağlı, İsmayılov Nazim Şəmil oğlu, Babayeva Kəmalə Yaşar qızının əlillik dərəcəsi ala bilməməsi ilə əlaqədar, Əmirzeyidli  kənd sakini Rüstəmov Əsgər Nürəddin oğlu , Bünyadlı kənd sakini Fətullayev Eynullah Səməd oğlunun bələdiyyə torpağı istəməsi və s. ilə əlaqədar müraciətlər dinlənilib.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

Keçidlər