Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda COVİD-19 pandemiyası ilə əlaqədar reyd keçirildi

02 iyul 2020 | 16:00

Beyləqan rayonu ərazisində COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər davam etdirilir.  Beyləqan Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, bələdiyyənin, digər idarə və təşkilatların əməkdaşları, fəal gənclər və könüllülərdən ibarət qrupların keçirdiyi Bu reydlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniştərkibli respublika videomüşavirəsində verilən tapşırıqlara uyğun şəkildə reallaşdırılıb. Reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılır, tibbi maskalar paylanılır, xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində isə qanunamüvafiq qaydada tədbir görülür.
02-03 iyul tarixlərində reydlər Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Rayon Polis Şöbəsinin rəisi Rüstəm Cəfərov, Rayon Prokuroru Ramazan Hadiyev və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon Şöbəsinin rəisi Nadir Bağırovun  iştirakı ilə baş tutub. Onlar şəhərdə fəaliyyət göstərən iri market və mağazalarda, geyim dükanları və apteklərdə, o cümlədən ictimai nəqliyyatda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olublar.  Reydlər zamanı fəaliyyətinə icazə alınmayan iaşə obyektləri aşkar edilmiş, eyni zamanda fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində sakinlərlə maarifləndirmə işləri aparılmış, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilib və Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilib. Patrul qruplarının əməkdaşları tərəfindən təbliğat işləri aparılıb, bütün obyektlərdə işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib.

Keçidlər