Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Porkurorluq işçilərinin peşə bayramı qeyd olunmuşdur.

02 oktyabr 2013 | 15:00

01 oktyabr 2013-cü il tarixdə Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da Prokurorluq işçiləri öz peşə bayramlarını qeyd etmişlər.Əvvəlcə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev , rayon prokuroru Muxtar Eminov , hüquq-mühafizə orqanlarının rəhbərləri ümumilli lider Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül-çiçək dəstələri düzdülər.Sonra bayram tədbiri Heydər Əliyev Mərkəzində davam etdirildi.      
Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev tədbiri açıq elan etdi və Azərbaycan prokurorluğunun yaranmasının 95 illiyi münasibətilə bütün prokurorluq orqanlarının əməkdaşlarını təbrik etdi.Və qeyd etdi ki, Prokurorluq işçilərinin peşə bayramı əlamətdar bir vaxta təsadüf edir.Bir neçə gündən sonra ölkəmizdə prezident seçkiləri keçiriləcəkdir.İnanıram ki, bu seçki kompaniyası rayonumuzda da uğurla həyata keçiriləcəkdir.Rayonumuzun əhalisi doğru seçim edərək ən layiqli namizədə-cənab İlham Əliyevə səs verəcəklər.
Çıxışında cənab Vaqif Abdullayev Azərbaycan prokurorluğunun keçdiyi və şərəfli yoldan ətraflı bəhs etdi.Beyləqan rayon Prokurorluq işçilərini bir daha peşə bayramları münasibəti ilə təbrik etdi.
Beyləqan rayon Prokuroru, Birinci dərəcəli ədliyyə müşaviri Emin Muxtarov məruzə ilə çıxış etdi.Sonra Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralovun təbrik məktubunu oxudu.
Məruzə ətrafında Hərbi Prokuror Natiq Hüseynov, Beyləqan rayon Polis şöbəsinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik leytnantı İlham Bayramov, Suvarma Sistemləri idarəsinin rəisi Ələmşad Məmmədquliyev, təqaüddə olan ədliyyə işçisi Nizam Rüstəmov, Rasim Quliyev və başqaları prokurorluq orqanlarının işçilərini peşə bayramə münasibətilə təbrik etdilər və onlara bu şərəfli işlərində uğurlar arzuladılar.

Keçidlər