Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirildi.
22 iyul 2020-ci il tarixində Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vətəndaşların növbəti onlayn qəbulunu keçirdi.
Qəbul zamanı şəhər sakinləri, Zalov Famil Mövsüm oğlunun və Abbasov Vidadi Əbdül oğlunun obyekt yeri barədə, Dünyamalılar kənd sakini Kazımov Cəfər Ziyad oğlunun və İkinci Şahsevən kənd sakini Kərimova Sahab Mikayıl qızının əkin torpağı barədə ,Qəhrəmanlı qəsəbə sakini Dadaşova Səməngül Höccət qızının və Təzəkənd sakini Həsənov Əlövsət Həsən oğlunun maddi köməkliklə bağlı ,Birinci Şahsevən sakini Əliyarova Xoşniyət Adıgözəl qızının işlə təmin olunması ilə bağlı müraciətləri dinlənilib.
İcra başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək icrasını nəzarətə götürüb.