Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda COVİD-19 pandemiyası ilə əlaqədar reyd keçirildi

18 avqust 2020 | 16:00

Beyləqan rayonu ərazisində COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər davam etdirilir.  Beyləqan Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, bələdiyyənin, digər idarə və təşkilatların əməkdaşları, fəal gənclər və könüllülərdən ibarət qrupların keçirdiyi reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılır, tibbi maskalar paylanılır, xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində isə qanunamüvafiq qaydada tədbir görülür.
14 avqustda aparılan reydlərlərdə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Rayon Polis Şöbəsinin rəisi Rüstəm Cəfərov, Rayon Prokuroru Ramazan Hadiyev və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon Şöbəsinin rəisi Nadir Bağırovun  iştirakı ilə baş tutub. Onlar şəhərdə fəaliyyət göstərən iri market və mağazalarda, geyim dükanları və apteklərdə və s. obyektlərdə xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olublar.  Reydlər zamanı aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilib və Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilib.                  
Sonuncu reyd zamanı 6 obyekt ,o cümlədən 2 çayxana,1 şirniyyat sexi,3 ərzaq mağazasının sahibi 100 və 200 manat olmaqla ,ümumilikdə 800 manat məbləğində cərimələniblər. Sanitar-gigiyenik qaydalarını kobud şəkildə pozan 2 obyektin isə fəaliyyəti məhdudlaşdırılıb.

Keçidlər