Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Dövlət Bayrağı günü təntənəli surətdə qeyd olunmuşdur.

09 noyabr 2013 | 16:00

08 noyabr 2013-cü il tarixdə Beyləqan rayonu İcra hakimiyyətinin qarşısındakı Dövlət bayrağı meydanında möhtəşəm, təntənəli bayram tədbiri keçirilmişdir.

Bayram tədbirində Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonumuzda yerləşən “N” saylı hərbi hissələrinin əsgər və zabitləri, polis əmkdaşları, Fövqaladə Hallar Nazirliyinin Beyləqan rayon şöbəsinin işçiləri, 8 saylı Ərazi Vergilər idarəsinin kollektivi, rayon ictimaiyyətinin nümayəndələri və rayonumuzun qonaqları xalq yazıçısı İlyas Tapdıq, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının bir qrup işçiləri iştirak etmişlər.
Bayram tədbirində Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxış edərək qeyd etdi ki. Respublikamızın hər yerində olduğu kimi Dövlət Bayrağı günü rayonumuzda da təntənə ilə qeyd edilir.
Cənab Vaqif Abdullayev çıxışında bildirdi ki, Azərbaycanın üçrəngli Dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunmuşdur.1920-ci ildə keçmiş sovet imperiyasının Azərbaycanı işğalı nəticəsində enən bayrağımız 70 il xalqın qəlbində dalğalanaraq 17 noyabr 1990-cı ildə ümumilli lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin noyabrında imzaladığı sərəncamda 9 noyabr Dövlət Bayrağı günü kimi qeyd olunur.
Sevindirici haldır ki, haldır ki, 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır.Ginnesin dünya rekordları təşkilatı 2010-cu ilin mayın 29-da Azərbaycanda Dövlət bayrağı dirəyinin dünyada ən hündür olduğunu təsdiq etmişdir.Azərbaycanın Dövlət bayrağı bizim qürurumuz, and yerimizdir.Biz bayrağımızla fəxr edirik!
Dövlət Bayrağı günündə rayonumuzun qonağı olan Xalq yazıçısı İlyas Tapdıq tədbir iştirakçılarını salamladı, Bayraq Günü münasibətilə iştirakçıları təbrik etdi və “Bayraq” şeirini söylədi.
Sonra 150 metr uzunluğunda Dövlət Bayrağı Bayraq Meydanından HeydərƏliyev Mərkəzinə aparıldı.
 

Keçidlər