Şriftin ölçüsü :

Saytın rəngi :

“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibəti ilə Beyləqan rayonunda geniş tədbir keçirilmişdir.

28 dekabr 2013 | 16:00

27 dekabr 2013-cü il tarixdə Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsinin Mədəniyyət Sarayında   “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü”  münasibəti ilə geniş tədbir keçirilmişdir.
Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, rayon fəalları, rayon ictimaiyyətinin işçiləri və mətbuat işçiləri iştirak etmişlər
Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxış edərək tədbir  iştirakçılarını  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ili münasibəti ilə təbrik etdi.Cənab Vaqif Abdullayev 2013-cü ildə ölkəmizdə və eləcə də Beyləqanda görülmüş işlərdən, uğurlardan ətraflı bəhs etdi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev, Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ələmşad Məmmədquliyev, rayon Ağsaqqallar Şurasının sədri Hədis Allahverdiyev, Əməkdar müəllim, şəhər 1 nömrəli orta məktəbin riyaziyyat müəllimi  Zemfira Hüseynova çıxış edərək xalqımızı və beyləqanlıları  “ 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və yeni təqvim ili münasibəti ilə təbrik etdilər

Keçidlər