Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Beyləqan rayonunda anım mərasimi keçirilib

20 yanvar 2021 | 16:00

   20 Yanvar faciəsinin 31-ci il dönümü ilə əlaqədar Beyləqan rayonunda  Şəhidlər xiyabanında anım mərasimi keçirilmişdir.
   Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon icra hakimiyyəti, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri sosial izolyasiya qaydalarına uyğun şəkildə Şəhidlər xiyabanını ziyarət etmişdir.
   Öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və onların ruhlarına dualar oxunmuşdur.
   Rayon rəhbərliyi tərəfindən şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklil qoyulmuş, məzarlar üzərinə tər çiçəklərə düzülmüşdür.
   20 Yanvar facisəni xalqımıza qarşı ən qəddar terror aktı kimi qiymətləndirən rayon sakinləri Sovet imperiyasının məqsədi xalqımızın azadlıq əzmini qırmaq olsa da, buna nail olmadığını bildirmişlər. Əksinə məhz bu gün millətimizin mübarizliyi daha da artmış, müstəqil Azərbaycan Respublikasının əsası qoyulmuşdur.
   Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və rayon ictimaiyyətinin nümayəndələri Beyləqan rayon qəbiristanlığına gələrək Birinci Qarabağ və Vətən müharibəsi zamanı şəhadətə yüksəlmiş hərbçilərin məzarlarını ziyarət etmişdir.
   Mərasimdə Şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bildirilmişdir.

Keçidlər