Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının onlayn şura yığıncağı keçirildi.

15 fevral 2021 | 16:00

        15 fevral 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının onlayn şura yığıncağı keçirildi.
       Yığıncaqda Yeni Azərbaycan Partiyasının Mil-Muğan zonası üzrə kuratoru Həsən Daşdəmirov, Milli Məclisin deputatı Şahin İsmayılov, Beyləqan rayon İcra hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, rayon təşkilatının Şura üzvləri və ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.
        Yığıncağı YAP Beyləqan rayon təşkilatının sədri cənab Rəfael Pəsiyev açaraq, ötən 2020-ci il ərzində təşkilatın gördüyü işlər və 2021-ci ildə qarşıda duran vəzifələr barədə geniş məruzə etdi. Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən natiqlər mövcud vəziyyətdən, problemlərdən və bu problemlərin həlli istiqamətində görüləcək məqsədyönlü tədbirlərdən danışdılar.
        Ümumilikdə ötən dövr ərzində YAP Beyləqan rayon təşkilatının fəaliyyəti yekdilliklə  qənaətbəxş hesab edildi.

\

 

Keçidlər