Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Vətən müharibəsinin iştirakçısı yüksək vəzifəyə təyin olunub

19 fevral 2021 | 16:00

II Qarabağ müharibəsinin iştirakçısı, ehtiyyatda olan hərbi qulluqçu mayor Əliyev Heybət Hümbətalı oğlu  RİH başçısının müvafiq sərəncamı ilə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Yerli icra hakimiyyətlərində bu şöbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb.
Heybət Əliyev  1971-ci il tarixində Beyləqan rayonu Əlinəzərli  kəndində anadan olub, 1995-ci ildə Ali Hərbi Dənizçilik Məktəbini bitirmişdir. 11 il Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələrdə xidmət edib. H.Əliyev I Qarabağ müharibəsi zamanı Ağdam və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.   Vətən müharibəsində ehtiyatda olan zabit kimi səfərbərliklə xidmətə çağırılmış, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində iştirak etmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubileyi” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var.
Beyləqan rayon İcra Hakimiyyətinin kollektivi adından Heybət Əliyevi yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edir, möhkəm can sağlığı və gələcək faəliyyətində uğurlar arzulayırıq.
Rayonda dövlət işlərində  Qarabağ müharibəsi iştirakçılarına  yüksək etimad göstərilməsi dövlətin qayğı və diqqətinin nəticəsidir.

Keçidlər