Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda vaksinasiya tədbirləri davam etdirilir

23 fevral 2021 | 16:00

      Rayonumuzda əhalinin koronavirusa (COVİD-19) qarşı vaksinasiya olunması tədbiri davam etdirilir. 21 yanvar 2021-ci il tarixdən başlayan kampaniyada artıq 2000 nəfərə yaxın rayon sakininın peyvənd olunması həyata keçirilib.
     Əhalinin vaksinasiya olunması müntəzəm olaraq aparılır, peyvənd olunanlar ilk öncə hərtərəfli həkim müayinəsindən keçirilir. İndiyədək vaksinasiya olunanların böyük əksəriyyətini 65 yaşdan yuxarı olan şəxslər təşkil edirdi. 17 fevral 2021-ci il tarixdən vaksinasiya olunanların yaş həddi 50-yə endirilmişdir. Gün ərzində rayonda koronavirusa qarşı orta hesabla 200-250 nəfər peyvənd olunur.

Keçidlər