Şriftin ölçüsü :

Saytın rəngi :

Yüksək səviyyəli təhsil sistemi Dövlətin davamlı inkişafını şərtləndirən əsas amillərdən biridir.

26 fevral 2021 | 16:00

           Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də nəzərdə tutulmuş ədalətli insan kapitalının formalaşdırılması və XXI əsrin tələblərinə uyğun təhsil sisteminin qurulması istiqamətində müəyyən işlər görülməkdədir.
           Məlumat üçün bildirirk ki, cari tədris ilində Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 12 ümumtəhsil müəssisəsində 13 qrup olmaqla Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə  Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində erkən yaşlı uşaqlar müvafiq təlim proqramı əsasında təlimlərə cəlb olunmuşlar.
Cari dərs ilindən Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş bir sıra təhsil təhsil müəssisələrində ümumilikdə 6000-dən çox 6-cı sinif şagirdinin cəlb edildiyi, o cümlədən Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan şəhər N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin 101 nəfər şagirdinin də cəlb olunduğu STEAM layihəsinin tətbiqinə başlanılıb. Qeyd edək ki, STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir.  Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.
Azərbaycan hər 5 ildən bir IV sinif şagirdləri arasında keçirilən PIRLS - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqa¬tında (Progress in International Reading Literacy Study) iştirak edir. PIRLS 2016 tədqiqatının əsas məqsədi 4-cü sinif şagirdləri-nin oxu bacarıqlarının qiymətləndirilməsi və nəticələrin digər ölkələrlə müqayisə olunmasıdır. Cari dərs ilində təhsil nazirliyi tərəfindən rayonun Beyləqan şəhər 1 nömrəli, Dünyamalılar kənd 1 nömrəli, Təzəkənd kənd  tam orta məktəblərin və Beyləqan şəhər 6 nömrəli ümumi orta məktəbin IV sinif şagirdlərinin də oxu bacarıqlarının qiymətləndirilməsi planlaşdırılmışdır.
           Bundan ki, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına , ölkəmizin inkişaf konsepsiyasına və Azərbaycan təhsilinin inkişafına uyğun olaraq növbəti illərdə Beyləqan təhsili də keyfiyyət göstəricilərinə görə əhəmiyyətli yer tutacaqdır.
            Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov

Keçidlər