Beyləqanda Xocalı şəhidlərinin xatirəsinə 613 ədəd ağac əkildi
26 fevral 2021 | 16:00
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, aparatın məsul işçiləri, idarə və təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub.
Aksiya zamanı Xocalı soyqırımında qətlə yetirilmiş 613 nəfər Xocalı sakininin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Beyləqan-Daşburun yolunun sol tərəfində yol kənarında 613 ədəd müxtəlif növ ağac əkilib.