Beyləqanda 31 mart-Azərbaycanlıların Soyqırımı Günü anılıb
Azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımından 103 il ötür. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı günü kimi yad edilir.
1918-ci il 30 mart-3 aprel tarixləri arasında Bakıda, Şamaxı, Qubada və ölkənin müxtəlif bölgələrində daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Anım tədbiri ilə əlaqədar Şəhər İcra Hakimiyyətinin Başçısı Asif Ağayev, Hüquq mühafizə orqanlarının rəhbərləri “31 Mart Azərbaycanlıların Soyqırımı “ abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, ruhlarına ehtiramlarını bildiriblər.