Şriftin ölçüsü :

Saytın rəngi :

6 may 2025-ci il tarixdə Qəhrəmanlı qəsəbəsində səyyar qəbul keçirilib.

06 may 2025 | 17:37
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 6 may 2025-ci il tarixdə Qəhrəmanlı qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirib.
 
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və xidməti təşkilatlarının rəhbərləri də iştirak ediblər.
 
Tədbir iştirakçıları əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 
Daha sonra çıxış edən rayon rəhbəri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaş amili dayanır. Qaldırılan məsələlərin yerində araşdırılıb operativ həll olunması məqsədilə keçirilən səyyar qəbul və görüşlər bu siyasətin əsas tərkib hissəsidir.
 
Görüş zamanı qəsəbə sakinləri onları narahat edən məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşların müraciətlərini diqqətlə dinləyərək, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib. Həlli vaxt tələb edən problemlərin icrası üçün isə müvafiq araşdırmaların aparılması tapşırılıb.
 
Səyyar qəbulun sonunda vətəndaşlar dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticələrindən məmnunluqlarını ifadə edib, göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Keçidlər