Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Şahin Hüseynlinin ad günü məzarı yanında qeyd olundu.

05 may 2021 | 16:00

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Beyləqan şəhər sakini Hüseynli Şahin Vaqif oğlunun doğum günü uyuduğu Cərciz Peyğəmbər qəbiristanlığındakı Şəhidlər xiyabanında məzarı yanında anılıb.
Anım mərasimində rayon İcra hakimiyyəti başçısının müavini Yeganə Məmmədova və aparatın əməkdaşları, şəhidin yaxınları, Birinci və Ikinci Qarabağ müharibəsi iştirakçıları,eləcə də şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarı ziyarət ediblər.
Şahin Hüseynli 1995-ci il mayın 4-də Beyləqan şəhərində anadan olub. 2002-2013-cü illərdə Beyləqan şəhərində R. Abbasov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb.
Şahin Hüseynli 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahin Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Allah bütün şəhidlərimizə rəhmət etsin.

Keçidlər