Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanın icra başçısı Asif Ağayev COVİD-19 əleyhinə ikinci dəfə peyvənd olundu.

07 may 2021 | 16:00

Respublikamızın hər yerində olduğu kimi Beyləqan rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Əhalinin vaksinasiya olunması üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülmüş və lazımi şərait qurulmuşdur.
06 may 2021-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə COVID-19 əleyhinə ikinci doza vurulmuşdur.
Peyvənd olunduqdan sonra vaksinasiya prosesinin gedişatı ilə maraqlanan rayon icra hakimiyyətinin başçısı, xəstəxanada yaradılan şəraitlə də  tanış olmuş, peyvənd olunmaqdan ötrü xəstəxanaya gəlmiş rayon əhalisi ilə səmimi söhbət edən icra başçısı ölkədə pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətində olduğunu, hər bir vətəndaşın sağlamlığının ölkə üçün prioriret təşkil etdiyini bildirib. İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edərək, bu kampaniyada  hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.
Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Rayon icra hakimiyyəti başçısına əhalinin COVID-19 infeksiyasına qarşı  vaksinasiya prosesinin yüksək səviyyədə aparılması üçün xəstəxanada bütün zəruri tədbirlər görülməsi,  bu məqsədlə ayrılmış xüsusi otaqların TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilməsi və günədək Beyləqan rayonu üzrə 13070 doza vaksin vurulduğu haqqında məlumat verildi.

Keçidlər