Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Ulu Öndər, Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

10 may 2021 | 16:00

10 may-Müasir,müstəqil Azərbaycan dövlətinin qurucusu ,Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 98-ci ildönümüdür.Hər il olduğu kimi bu ildə Beyləqan rayonunda Ümumilli Liderin xatirəsi dərin hörmətlə anılmış və yad edilmişdir.

Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı 10 may 2021-ci il tarixdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev,hüquq mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş,abidə önünə tər gül dəstələri qoyaraq, xatirəsini  dərin hörmətlə yad etmişlər.


Tədbir Beyləqan Daşburun yolunun kənarlarında ağacəkmə aksiyası ilə davam etdirilmişdir. Aksiya çərçivəsində 200 ədəd şam ağacı əkilmişdir. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə,ekoloji vəziyyətin qorunmasına,yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib.Bu ənənə bu gündə layiqincə davam etdirilir.


Ümummilli Liderin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş tədbirlər koronavirus pandemiyasına qarşı mübarizədə tələb olunan qaydalara uyğun keçirilmişdir.

Keçidlər