İcra başçısı Vətən müharibəsində yaralanmış hərbi qulluqçulara baş çəkib.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev müharibə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış,hazırda müalicəsini Mərkəzi Rayon Xəstəxanasında davam etdirən hərbi qulluqçular-Məmmədov Elçin İmran oğlu və Eyvazlı Binnət Əbdül oğlu ilə görüşüb.
İcra başçısına məlumat verilib ki, Məmmədov Elçin İmran oğlu 08.11.2020-də Qubadlı rayonu,Çardaxlı kəndində yaralanmışdır. Sol ciyər nahiyyəsində qəlpə yarası alıb. Döyüşdə göstərdiyi şücaətlərə görə dövlət başçısı İlham Əliyevin sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”,”Zəngilanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”medalları ilə təltif olunmuşdur.
Eyvazlı Binnət Əbdül oğlu 30.10.2020-ci ildə Cəbrayıl rayonunda Mina partlaması nəticəsində yaralanmışdır. Sağ aşağı ətrafın baldırın aşağı hissəsinin 1/3-i amputasiya olunmuşdur.Bildirildi ki,qazinin atası Eyvazov Əbdül də Birinci Qarabağ müharibəsinin qazisidir.Onun da bir ayağı amputasiya olunmuşdur.
Məlumat verildi ki, hər iki qazi mütəmadi müalicə və müayinəyə ehtiyacı olduğu üçün Mərkəzi Rayon Xəstəxanasının daimi nəzarətindədir.
İcra başçısı Hərbi qulluqçularımızın sağlamlıq vəziyyəti, tibbi xidmətin təşkili ilə maraqlanıb, onları müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfər münasibətilə təbrik edib, onlara şəfa diləyib. Hərbi qulluqçular onlara göstərilən qayğı, tibbi xidmətlər və qidalanma səviyyəsindən razılıqlarını ifadə ediblər.
İcra başçısı başçəkmə çərçivəsində xəstəxananın bütün şöbələrinə baxış keçirilib.