Beyləqan rayonunda Ağsaqqallar Şurasının konfransı keçirilmişdir.
Mayın 18-də Beyləqan rayonu Heydər Əliyev Mərkəzində Ağsaqqallar Şurasının konfransı keçirilib.
Konfransda Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin birinci müavini Əhliman Əmiraslanov, Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev və bir qrup rayon ağsaqqalları iştirak ediblər.
Konfransdan əvvəl iştirakçılar tərəfindən Ümumilli Lider Heydər Əliyevin heykəli qarşısına gül dəstələri qoyulub.
Konfrans öz işinə başlamamışdan əvvəl Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Konfransı giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev açaraq Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqalların əhəmiyyətini vurğulamış, ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ən ali həyat məramı olmasını və hər zaman onların xeyir-duasının alınmasının, ağsaqqal məsləhətinə, tövsiyəsinə böyük önəm verilməsini diqqətə çatdırmışdır.
Əvvəlcə Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış üçün söz Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanova verilib. Akademik Əhliman Əmiraslanov ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini Əhliman Əmiraslanov həmçinin cənab Prezident İlham Əliyevin ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxladığını, daim onlara qayğı göstərdiyindən danışmış, onun Ulu Öndər Heydər Əliyevin qoyduğu bu ənənəyə böyük önəm verdiyini xüsusi vurğulayıb.
Konfransda Rayon Ağsaqqallar Şurasının yeni tərkibi elan olunub. Sədr İmanov Etibar Rəşid oğlu seçilib.
Konfrans koronavirus pandemiyasına qarşı mübarizədə tələb olunan qaydalara uyğun keçirilmişdir.