20 Yanvar şəhidlərinin xatirəsi Beyləqan rayonunda anılmışdır.
20 yanvar 2014-cü il tarixdə respublikamızın hər bir regionunda olduğu kimi rayonumuzda da 1990-cı il 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anıldı.
Beyləqan rayon İcra hakimiyyətinin birinci müavini Telman Məstanov, İcara hakimiyyəti başçısı aparatının işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbər və işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, ağsaqqallar, mətbuat işçiləri şəhərimizin 20 Yanvar küçəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil və gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad etdilər.
Elə həmin gün yanvarın 20-də şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq saat 12-00 şəhərimizdə bütün hərəkət 1 dəqiqəlik dayandırılmış və nəqliyyat vasitələri səs siqnalları vermişlər.