Şəhid Gəray Soltanovun qız övladı dünyaya gəldi.
Vətən müharibəsi şəhidi, Gəray Soltanovun 2-ci qız övladı dünyaya gəlib.
Füzuli Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan şəhid övladı Rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələrinin iştirakı ilə xəstəxanadan evə aparılıb.Şəhidin vəsiyyəti ilə övladına Nuray adı verilib.
Vətən müharibəsi başlayanda könüllü yollanan Gəray Soltanov ailəsini atasına əmanət edərək, döyüşlərə qoşulmuşdu.O, 1993-cü ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.. Hərbi xidmətini sülhməramlı qrupun tərkibində yerinə yetirən Gəray hərbi biliklərə peşəkarcasına yiyələnib. O, Aprel döyüşlərində də cəbhəyə könüllü yollanmışdı.
O, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. isə qəhrəmancasına şəhid olub.
Gəray Vətən müharibəsində könüllü iştirak edib. O, Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində gedən ağır döyüşlərdə vuruşaraq Oktyabr ayının 4-də şəhidlik zirvəsinə ucalıb. Gəray Soltanov Vətən müharibəsində göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Gəray igidliyin, cəsarətin, qorxmazlığın əsl nümunəsini yaradıb. Gəray elə həmin istiqamətlərdə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Beyləqan Rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev şəhidin ailəsinə baş çəkərək şəhidimizin övladının dünyaya gəlməsi münasibətilə ailə üzvlərini rayon rəhbərliyi adından təbrik edib.
Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə razılıqlarını ifadə ediblər.