Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı növbəti dəfə Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

03 iyun 2021 | 16:00

03.06.2021-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Kəbirli, Yuxarı Kəbirli , Örənqala və Təzəkənd kəndlərində şəhid ailələri ilə birlikdə 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların məzarlarını ziyarət edib.
Ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
Rayon rəhbəri qeyd edib ki, ölkə başçısı Prezident Cənab İlham Əliyevin göstəriş və sərəncamlarına əsasən vətənin müdafiəsi uğrunda Şəhid olmuş hərbiçilərimizin xatirəsi daim uca tutulur, onların ailə üzvləri hərtərəfli dövlətimizin qayğısı ilə əhatə olunmuşdur. Vətənin müharibəsində qəhrəmancasına həlak olmuş və yaxud əlil olmuş şəxs dövlətimiz tərəfindən birmənalı olaraq bu qayğıdan kənar qalmır.
Şəhid ailələri onlara göstərilən qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər