Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “COVİD-19” əleyhinə vaksinləşmə sürətlə davam edir.

07 iyun 2021 | 16:00

Pandemiyanın ilk günlərindən Beyləqanda “COVİD-19”un əhaliyə mənfi təsirinin endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə vacib proseslərdən biri də vaksinləşmədir. Belə ki, Respubilkanın bütün bölgələrində olduğu kimi Beyləqanda da “COVİD-19” əleyhinə  peyvəndləmə prosesi sürətlə davam edir.  
Koronavirusla mübarizə istiqamətində vaksinasiya prosesi Beyləqan rayon Mərkəzi Xəstəxanasının xüsusi otaqlarında və rayonun ayrı-ayrı kənd və qəsəbələrində səyyar şəkildə həyata keçirilir.
“COVİD-19”a qarşı vaksinləşmə prosesinə ilin əvvəlindən başlanılıb.Bu günə qədər Beyləqanda 25021 nəfər vaksin olunmuşdur. Vaksin olunanların arasında özünü pis hiss edən, vəziyyəti ağırlaşan şəxs qeydə alınmayıb. Son alınmış qərarlara əsasən, 18 yaşdan yuxarı bütün vətəndaşlar da könüllü olaraq peyvənd oluna bilərlər.

Keçidlər