Beyləqanda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub.
15 iyun 2021- ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Qurtuluş günü münasibəti ilə Ümummilli liderimiz.Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi gün dövlətimiz taleyi əhəmiyyətli dərəcədə dəyişdi. Elə həmin gün tariximizə qızıl həriflərlə Milli Qutuluş günü kimi yazıldı.
Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq.